Təhsilimizin `TƏRƏQQİ`si budursa...
Yeni tədris ilinin başlaması ilə ölkənin təhsil ocaqlarında yaradılan problemlərlə bağlı çoxsaylı şikayətlər gəlməkdədir.

AzFakt.com xəbər verir ki, problemi olan tədris ocaqlarından biri də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Tərəqqi" texniki-humanitar liseyidir.

Əldə etdiyimiz məlumata görə, "Tərəqqi" texniki-humanitar liseyində sinif otaqları pulla satılır. Belə ki, tədris ili başlayan kimi liseydə fəaliyyət göstərən 2c sinifi istifadə etdiyi sinif otağından çıxarılaraq, heç bir təmiri olmayan, qapısı qırıq olan, paltar şkafı olmayan otağa yerləşdirilib.

Bəzi valideynlər iddia edirlər ki, 2c sinifinin otağı rus dili bir sinifinə satılıb. "Tərəqqi" texniki-humanitar liseyində sinif otaqlarının satışı direktorun tədris işləri üzrə müavini Mətanət Zeynalovaya həvalə edildiyi bildirilir. Liseydə bütün pul məsələlərinə Mətanət xanım nəzarət etdiyini bilməyən yoxdur.

2a sinifinin və 6-cı sinifin rəhbəri, ibtidai siniflərin "zavuçu" işləyən Mətanət Zeynalova direktor Nasim Abışovun ən yaxın adamı kimi tanınır. Valideynlərin digər narazılığı isə ibtiadi sinif şagirdlərinə məcburi qaydada test satılmasıdır. Bildirilir ki, Mətanət Zeynalovanın göstərişi ilə satış məntəqlərində qiyməti 7 manat olan testlər şagirdlərə 30 manata satdırılır.

Valideyinlər qeyd edirlər ki, şikayətləri ilə bağlı "Tərəqqi" texniki-humanitar liseyinin direktorunun qəbuluna getdikləri zaman Nasim Abışov onlara müxtəlif aşağılayıcı sözlər deyir. Direktor açıq şəkildə bildirir ki, çox şikayətçi olsalar sinifi ləvğ edib bağlayacaq. Liseydə baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyinə şikayət edəcəklərini deyən valideynlərə diektorun cavabı isə "əliniz hara çatırsa, kimə istəyirsinizsə, gedib şikayət edin...".

Görünür Nasim Abışov himayədarlarına o qədər arxayındır ki, "Tərəqqi" texniki-humanitar liseyində baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyinə ediləcək şikayətləri belə ciddiyə almır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

19 Sentyabr 2024 Paytaxtda piyada səkisini kimlər zəbt ediblər? VİDEO
19 Sentyabr 2024 400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...
19 Sentyabr 2024 Pambıqçılar arasında kütləvi narazılıq - məcburi torpaq analizi verməsələr...
19 Sentyabr 2024 Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti
18 Sentyabr 2024  İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!
18 Sentyabr 2024  Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR
18 Sentyabr 2024 Şəhid qanıyla müqəddəsləşən Qarabağda harama bulaşanlar… FOTO
18 Sentyabr 2024  Qazaxda “at oynadan” biznesmen kollec direktorunun “krışası” kimdir? - Aylığa bağlanan tələbələr, qohum-əqrəba yığıncağı
18 Sentyabr 2024 Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...
18 Sentyabr 2024 Adil Məmmədovu oliqarxlığa aparan yollar 30 ildə haralardan keçib - İLGİNC İDDİALAR...
18 Sentyabr 2024 "Samur" Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa…
18 Sentyabr 2024 Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb
17 Sentyabr 2024 “Tərəqqi“ texniki-humanitar liseyində nə baş verir? - Sinif otaqları pulla satılır...
17 Sentyabr 2024 Əmlak idarəsinin rəhbər şəxslərinə qarşı şok ittihamlar - FOTO
17 Sentyabr 2024 İmişli rayon Aranlı kəndinin icra nümayəndəsi problemləri belə həll edir - VİDEO
17 Sentyabr 2024 Möhbalıyevlə 30 ildir əlbir olan müavinlər və maliyyə rəisi kimlərdir? – Foto/Araşdırma
17 Sentyabr 2024 Məktəbin içində özəl kurs: Valideynlər narazıdır, direktor “tanımıram” deyir…
17 Sentyabr 2024 Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” - İTTİHAM VAR...
17 Sentyabr 2024 Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı – ŞOK GƏLİŞMƏ
17 Sentyabr 2024 “Milyonerlər işi”ndə şok isimlər: Briliant qaçaqmalçılarını kimlər necə himayə edib?

Dünyapress TV

Xəbər lenti